Alen Simonyan- Biz Avrasiya İqtisadi Birliyindən çıxmalı olduğumuza inanmırıq
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyil.
Crossmedia.az “Armenpress”-ə istinadən xəbər verir.
Məlumata görə , bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə Rusiyanın Avrasiya İqtisadi Birliyi və Avropa Birliyinə üzvlüyün uyğunsuzluğu ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
Simonyan qeyd edib ki, hər iki tərəfə fayda verəcək bir həll yolu tapa bilərlər.
Ermənistan Respublikası Milli Məclisinin sədri həmçinin Ermənistanın KTMT-dəki üzvlüyünü dondurmaq qərarından da bəhs edib.
"KTMT-dən cavab almadığımız suallar var. Onlar dəfələrlə qaldırılıb. Onları təkrarlamaq istəmirəm; siz, həmkarlarımız, bunları yaxşı bilirsiniz", - deyə sədr qeyd edib.
22:52 05.02.2026
Oxunuş sayı: 488