Azarkeşlər üçün böyük fürsət: FİFA PASS ilə ABŞ vizası asanlaşır!
ABŞ-nin Azərbaycandakı səfirliyi 2026-cı il futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza müsahibələrinə prioritet qeydiyyat tətbiq edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Səfirlik bildirir ki, bileti birbaşa FİFA-dan alanlar FİFA PASS proqramına qoşularaq prioritet görüş imkanından yararlana bilərlər.
Bu addım, çempionata qatılacaq azarkeşlərin vizalarını vaxtında almaq imkanını asanlaşdıracaq.
20:20 05.02.2026
Oxunuş sayı: 525