İranla gərginlik yüksəlir: ABŞ aviabazalarında həyəcan!
İran ətrafında artan gərginlik fonunda ABŞ-nin Almaniyadakı əsas hərbi aviabazaları fasiləsiz həyəcan rejiminə keçib.
Crossmedia.az “FlightRadar24” platformasına istinadən xəbər verir ki, “Ramstein” və “Spangdahlem” aviabazalarında 24 saat, həftənin 7 günü həyəcan siqnalı tətbiq olunub.
Bu qərar "C-17" hərbi nəqliyyat təyyarələrinin sayının kəskin artması və bəzi uçuşların adi rejimdə icra edilə bilməməsi ilə əlaqələndirilir.
Artan hərbi aktivlik bölgədə mümkün eskalasiya risklərinə qarşı hazırlıq kimi qiymətləndirilir.
Eyni zamanda Tehran ABŞ-nin tələblərini faktiki təslim şərtləri kimi dəyərləndirir.
19:57 05.02.2026
Oxunuş sayı: 537