İsfahanda gizli hazırlıq: İran nüvə infrastruktunu gücləndirir
İran İsfahan əyalətində yerləşən nüvə və strateji obyektlərinin qorunmasını gücləndirmək və infrastrukturunu genişləndirmək istiqamətində işləri davam etdirir.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu tərəfindən yayımlanan peyk görüntüləri və yerli məlumatlar bu prosesin aktiv mərhələdə olduğunu göstərir.
Məlumata görə, obyektin orta və cənub girişləri torpaqla doldurulub, şimal giriş isə ötən ilin iyun hücumlarından sonra yenidən tikilərək möhkəmləndirilib.
Dağıdılmış binalarda bərpa-tikinti işləri aparılır. "Taleqan-2" obyektində isə hava zərbələrinə qarşı nəzərdə tutulan beton sarkofaq demək olar ki, tamamlanıb.
Bundan əlavə, əvvəllər istifadəsiz qalan hava hücumundan müdafiə mövqelərində işlər bərpa edilib.
Əraziyə iki yeni HHM qurğusu yerləşdirilib.
19:20 05.02.2026
Oxunuş sayı: 429