ABŞ rəhbərliyi gözlənilməz diplomatik vəziyyətlə üz-üzə qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ-nin vitse-prezidenti etiraf edib ki, İran Amerikanın lideri ilə birbaşa danışa bilmədiyi yeganə ölkədir.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya rəhbəri Kim Çen Inlə əlaqə qura bildiyi halda, Tehranla birbaşa dialoq mümkün olmur.
Rəsmi dairələrdə bu durumun artıq təkcə diplomatik problem olmadığı, həm də uzun illər tətbiq edilən təzyiq və sanksiyaların təsir gücünü itirməyə başladığının göstəricisi olduğu vurğulanır.
Analitiklərin fikrincə, bir supergüc dialoq imkanını itirdiyi məqamda regional və qlobal qüvvələr balansında dəyişikliklər qaçılmaz olur.