Simonyan: Bizim hələ də cavab almadığımız suallar var
Ermənistanın Milli Assambleyasının sədri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı hələ də cavabsız qalan sualların mövcud olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bizim hələ də cavab almadığımız suallar var. Bu məsələlər dəfələrlə qaldırılıb”, – deyə Simonyan görüş zamanı vurğulayıb.
O, həmçinin Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı ilə bağlı mövqeyə toxunaraq, Ermənistanın bu strukturları tərk etməli olduğuna inanmadığını qeyd edib. Simonyanın sözlərinə görə, tərəflər üçün qarşılıqlı faydalı olacaq həll yolunun tapılması mümkündür.
Parlament sədri əlavə edib ki, Ermənistanın Rusiyaya qarşı hansısa addım atmaq niyyəti yoxdur və İrəvanda bu cür yanaşma mövcud deyil və olmayacaq.
17:20 05.02.2026
Oxunuş sayı: 387