Rusiya İran və ABŞ arasında vasitəçi olmaq niyyətində deyil
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Yaxın Şərqdə artan gərginlik fonunda İran, ABŞ və İsrail arasında vasitəçilik rolunu üzərinə götürmək niyyətində olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Lavrov “Russia Today” telekanalına müsahibəsində bildirib.
"Rusiya heç bir tərəfə özünü vasitəçi kimi təqdim etdirməyə çalışmır və yalnız diplomatik təmaslar çərçivəsində regiondakı mövcud vəziyyəti müzakirə edir",- deyə, o, qeyd edib.
Nazirin sözlərinə görə, Moskva mövcud münaqişələrin həllinə töhfə verməyə hazırdır, lakin bunu məcburi vasitəçilik formatında həyata keçirməyi planlaşdırmır.
Sergey Lavrov əlavə edib ki, həm Vaşinqton, həm də Tehran Rusiyanın əvvəlki razılaşmalara sadiq qaldığını və bölgədə sabitliyin bərpasına töhfə verməyə hazır olduğunu yaxşı bilir.
17:00 05.02.2026
Oxunuş sayı: 527