Qətər İran əleyhinə koalisiyaya qoşula bilər?
İranlı siyasi analitik Behnam Qulipur Tehran və Vaşinqton arasında mümkün hərbi toqquşma riskinin artdığı barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "Al Jazeera" telekanalının reportajına istinadla “X” sosial şəbəkəsində paylaşım edib.
Qulipur bildirib ki, tərəflər arasında müşahidə olunan əlamətlər gərginliyin yüksəldiyini və qarşıdurma niyyətinin gücləndiyini göstərir. Onun sözlərinə görə, Qətər regionda İrana qarşı formalaşan koalisiyaya rəsmi şəkildə qoşulan ilk ölkə ola bilər.
Analitik qeyd edib ki, Qətər ötən gecə Dohanın nüvə danışıqlarından kənarlaşdırılmasını tənqid edib və eyni zamanda İranın raket proqramı ilə bağlı narahatlığını ifadə edib. Bu mövqenin regiondakı balanslara təsir göstərə biləcəyi vurğulanır.
Hazırda "Al Jazeera kanalı mövzu ilə bağlı xüsusi süjet yayımlayır və İran–ABŞ münasibətlərində artan gərginlik barədə ictimaiyyəti məlumatlandırır.
15:40 05.02.2026
Oxunuş sayı: 448