ABŞ-də, Los-Anceles şəhərində İraqın konsulluğu qarşısında keçirilən etiraz aksiyası zorakılıqla dağıdılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Aksiyada iştirak edən iranlı nümayişçilər bildiriblər ki, konsulluq əməkdaşları onları dağıtmaq üçün kimyəvi sprey tətbiq ediblər.
Məlumata görə, etiraz aksiyası çərşənbə günü Həşd-Şəəbi qüvvələrinin İranda fəaliyyətinə və iranlıların öldürülməsindəki roluna etiraz məqsədi ilə təşkil olunub. Nümayiş zamanı bir neçə iştirakçıda boğulma və nəfəs darlığı əlamətləri qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Los Angeles Police Department baş verən insidentlə bağlı araşdırmaya başlayıb.