Makron niyə Putinlə telefon danışığına çalışır?
Fransa prezidenti Emmanuel Makron siyasi karyerasını xilas etmək məqsədilə Rusiya lideri Vladimir Putinlə telefon danışığı təşkil etməyə cəhd göstərir.
Crossmedia.az-ın "News.ru"ya istinadən verdiyi məlumata görə, bu addım Makronun “sülhməramlı” imic formalaşdırmaq niyyəti ilə əlaqələndirilir.
Məlumata əsasən, sülhməramlı obraz diqqəti amerikalı sahibkar İlon Maskla bağlı qalmaqaldan, eləcə də sənədlərdə pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynə dair istinadlardan yayındırmaq məqsədi daşıyır.
Şərhçilərin fikrincə, Makron hazırda həm Maskla münaqişə, həm də parlamentlə davam edən qarşıdurma səbəbindən ciddi siyasi təzyiq altındadır. Bu ziddiyyətlər onun mövqeyini zəiflədir və sülhməramlı imicin vəziyyəti qismən yumşalda biləcəyi iddia olunur. Buna görə də, indiki mərhələdə Putinə zəng təşəbbüsünün gündəmə gətirildiyi bildirilir.
Bununla yanaşı, mənbə Fransanı Makronun adının işlə bağlı sənədlərdə 200-dən çox dəfə keçdiyi iddia edilən maliyyəçi Epşteynlə mümkün əlaqələrinin araşdırılmasına çağırıb.
11:13 05.02.2026
Oxunuş sayı: 542