"Hərbi müstəvidə müharibə qaçılmaz görünür, lakin siyasi baxımdan diplomatiya üçün hələ də vaxt və imkanlar mövcuddur".
Crossmedia.az xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin siyasi müşaviri Əli Şəmxani “Al Mayadeen” telekanalına verdiyi müsahibədə deyib.
Şəmxani qeyd edib ki, qarşıda həlli tələb edən mürəkkəb problemlər dayanır və mövcud vaxtdan düzgün istifadə etmək vacibdir. Onun sözlərinə görə, düzgün istiqaməti tutmağın yollarından biri və ən effektiv variantı diplomatiyadır.
Admiral həmçinin xatırladıb ki, İran təhlükəsizlik qurumları ölkənin ali rəhbəri Əli Xameneyinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün imkanlarını səfərbər edəcək. Şəmxaninin vurğulamasına görə, Xameneyiyə qarşı istənilən təhdid İslam Respublikası üçün “qırmızı xətt” hesab olunur.