Çində məktəb və xəstəxanalar üçün yeni robot qadın yaradılıb
Çində qadın androidləri sahəsində mühüm yenilik həyata keçirilib. Yeni bot Moya-nın prototipi zavodda təqdim olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Robot toxunuşa xoşdur, gəzə, göz təmasını saxlaya və incə üz ifadələrini göstərə bilir.
Real proporsiyalara malikdir: 165 sm boy, 32 kq ağırlıq və temperaturu 32-36°C arasında saxlayır.
İstehsalçının açıqlamasına görə, Moya modul dizayna malikdir, yəni əsas mexaniki strukturu dəyişmədən görünüşünü fərdiləşdirmək mümkündür. Robotun əsas məqsədi isə məktəblərdə və xəstəxanalarda məsləhətlər verməkdir.
23:45 04.02.2026
Oxunuş sayı: 605