Çinin nüvə arsenalı gözləntiləri üstələdi: Başlıqların sayı 600-ə çatdı
Çinin nüvə başlıqlarının sayı 600-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Defence News" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyat qurumları Pekinin nüvə arsenalının 2030-cu ilə qədər 540 başlığa çatacağını proqnozlaşdırsa da, Çin artıq 2026-cı ildə bu göstəricini üstələyib. Hazırkı 600 nüvə başlığının təxminən 300-ü strateji təyinatlıdır.
Hesabatda bildirilir ki, Çin nüvə potensialını sürətlə artırmaqda davam edir. Pekinin 2030-cu ilə qədər 800-ü strateji olmaqla ümumilikdə 1500 nüvə başlığına sahib ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Çin hazırda nüvə arsenalının həcminə görə Rusiya (təxminən 5800 başlıq) və ABŞ-dan (təxminən 5300 başlıq) sonra dünyanın üçüncü ən böyük nüvə gücü hesab olunur.
22:15 04.02.2026
Oxunuş sayı: 396