ABŞ nəhəngi Suriya ilə anlaşdı: Aralıq dənizində neft oyunu dəyişir
Suriya dövlət neft şirkəti ilə ABŞ-nin enerji nəhəngi "Chevron" arasında Aralıq dənizində açıq dəniz sahəsində neft hasilatına dair müqavilə imzalanıb.
Crossmedia.az xəbər verir ki, razılaşma "Chevron"-un Aralıq dənizi hövzəsində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir.
Müqaviləyə əsasən, tərəflər Aralıq dənizinin Suriya sahillərinə yaxın akvatoriyasında kəşfiyyat və hasilat işləri aparacaqlar.
Bununla da "Chevron" Aralıq hövzəsində ən aktiv beynəlxalq enerji şirkətlərindən birinə çevrilir.
Qeyd edək ki, "Chevron" artıq Kipr və İsraillə enerji layihələri çərçivəsində əməkdaşlıq edir.
Şirkətin regionda fəaliyyətini daha da genişləndirmək niyyətində olduğu, Türkiyə ilə də danışıqların davam etdiyi bildirilir.
22:05 04.02.2026
Oxunuş sayı: 614