Rusiya generalı Yevkurov Suriyada: Hərbi gündəm masada
Rusiya Müdafiə Nazirinin müavini, Ordu generalı və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının planlaşdırma komitəsinin sədri Yunusbek Yevkurov Suriyaya rəsmi səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Səfər çərçivəsində Yevkurov yüksək rütbəli suriyalı hərbi rəsmilərlə görüşlər keçirib.
Görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq, regional təhlükəsizlik məsələləri və Suriyadakı mövcud vəziyyətin müzakirə edildiyi bildirilir.
Səfərin detalları və müzakirə olunan mövzularla bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
21:40 04.02.2026
Oxunuş sayı: 428