Ermənistanın tezliklə Azərbaycana ixrac edə biləcəyi məhsullar açıqlanıb
Ermənistanın bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan parlament üzvü Babken Tunyan deyib.
Məlumata görə, bu, çox güman ki, metal və ya folqa, eləcə də Bakıda tələbat olan qida məhsulları ilə bağlıdır.
Tunyan qeyd edib ki,bu bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac tezliklə ortaya çıxacaq.
O əlavə edib ki, konkret qərarlar hökumət tərəfindən verilmir, mallarla bağlı qarşılıqlı maraqlarla müəyyən edilir.
20:23 04.02.2026
Oxunuş sayı: 1927