Epşteynlə bağlı şok sənədlər üzə çıxıb
Maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə 2017-ci ilə aid diqqətçəkən məktub aşkar edilib.
Sənəddə pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki həllərin hazırlanmasının müzakirə olunduğu bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qeyd olunan yazışmalar COVID-19 pandemiyasının başlamasından təxminən üç il əvvəl baş tutub.
Məktub amerikalı milyarder Bill Qeytsə ünvanlanıb və daha sonra Epşteynə göndərilib.
Yazışmanın müəllifi Qeytsə müraciətində həmkarları ilə birlikdə həyata keçiriləcək işlər çərçivəsində tapşırıqların və analitik materialların siyahısının hazırlandığını qeyd edib.
Sənəddə yer alan iş planında “müxtəlif ştammların pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsi” məsələsinə xüsusi diqqət ayrılıb. Bu anlayışlar əsasən səhiyyə sisteminin planlaşdırılması, tibbi məlumatların qorunması və ABŞ əhalisi üçün səhiyyə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində istifadə olunub.
20:00 04.02.2026
Oxunuş sayı: 1488