Paşinyanla bağlı sirlər uzun illər sonra üzə çıxdı: Siyasi məhbus olub?
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan fevralın 4-də keçirilən mətbuat konfransında ağır cinayətlərdə ittiham olunmuş, lakin hazırda siyasi fəaliyyət göstərən Baş nazir Nikol Paşinyanın siyasi məhbus olub-olmaması ilə bağlı suala cavab verməkdən imtina edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirə xatırladılıb ki, əgər Paşinyan siyasi məhbus sayılırsa, bu məntiqə görə ölkədə həbsdə olan digər şəxslər, o cümlədən ruhanilər də siyasi məhbus statusuna sahib olmalıdır.
Qalyan isə bildirib ki, 2008-ci ildə tələbə olub və siyasi proseslərlə maraqlanmadığı üçün bu mövzuda şərh verə bilmir.
O, hazırda Ermənistanda siyasi məhbus olmadığını vurğulayaraq, ən doğru meyarın isə beynəlxalq təşkilatların hesabatları olduğunu qeyd edib.
19:32 04.02.2026
Oxunuş sayı: 1357