Rusiyanın "qızıl fondu" da əlindən çıxır- Bundan sonra nə olacaq?
Rusiyanın neft və qaz gəlirləri yanvar ayında ötən illə müqayisədə təxminən yarıya qədər azalaraq 2020-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.
Gəlirlər təxminən 5,1 milyard dollar təşkil edib. Azalmanın əsas səbəbləri qlobal neft qiymətlərinin düşməsi və rublun möhkəmlənməsi olub.
Neft və qaz gəlirləri Rusiya büdcəsinin əsas gəlir mənbəyi olaraq qalır və federal gəlirlərin təxminən dörddə birini təşkil edir.
Gəlirlərin azalması fonunda 2025-ci il üçün Rusiya büdcəsi ÜDM-in 2,6%-nə bərabər olan 5,6 trilyon rubl kəsirlə icra edilib.
19:10 04.02.2026
Oxunuş sayı: 1541