Britaniyada qalmaqallı açıqlama: İran rejiminə qarşı hədəflənmiş zərbələr təklifi
Böyük Britaniyanın Leyboristlər Partiyasından olan millət vəkili Devid Teylor İran hakimiyyətinə qarşı daha sərt addımların atılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, o bu barədə “X”-da paylaşıb.
Teylor paylaşımında bildirib ki, İranda davam edən etirazlar zamanı mülki şəxslərin öldürülməsi beynəlxalq ictimaiyyətin yalnız bəyanatlarla kifayətlənməməsini zəruri edir.
Onun fikrincə, Tehran hakimiyyətinin zorakılıq potensialını zəiflətmək üçün konkret tədbirlər görülməlidir.
“Cəsur İran etirazçıları qətlə yetirilir. Bizə sadəcə sözlər deyil, hərəkət lazımdır. İran rejiminin öz vətəndaşlarını öldürmək qabiliyyətini sarsıdan hədəfə yönəlmiş hərbi zərbələrdən söhbət gedir”, – deyə britaniyalı deputat qeyd edib.
20:02 26.01.2026
Oxunuş sayı: 550