Tehran təhlükəsizlik risklərinə qarşı dövlət planını yenilədi
İran hökuməti dövlət idarəçiliyində mümkün fövqəladə hallar üçün varislik mexanizmini yekunlaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Yeni qərara əsasən, prezident, vitse-prezident və digər yüksək vəzifəli dövlət nümayəndələrinin sui-qəsd və ya vəzifə icrasına mane olan hallarla üzləşməsi ehtimalına qarşı hər bir post üzrə rəsmi əvəzedicilər müəyyən edilib.
Məlumata görə, plan çərçivəsində hər bir əvəzedici üçün konkret fəaliyyət ssenariləri və atılacaq addımlar əvvəlcədən müəyyənləşdirilib.
Bu mexanizm dövlət idarəçiliyində fasiləsizliyin təmin olunmasını hədəfləyir.
Qərara əsasən, fövqəladə vəziyyət zamanı prosesə nəzarət və koordinasiya İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçiriləcək.
19:38 26.01.2026
Oxunuş sayı: 398