SEPAH Avropa İttifaqının terror siyahısına düşə bilər
İtaliya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması məsələsini Avropa İttifaqı səviyyəsində müzakirəyə çıxarmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tacani açıqlayıb.
Nazir “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, İranda baş verən etirazlar zamanı mülki şəxslərin öldürülməsinə qarşı aydın və qətiyyətli mövqe nümayiş etdirilməlidir.
Tacani qeyd edib ki, bu təşəbbüs yanvarın 29-da Brüsseldə keçiriləcək Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında digər tərəfdaşlarla koordinasiyalı şəkildə gündəmə gətiriləcək.
O, həmçinin etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı əlavə sanksiyaların tətbiqinin də təklif olunacağını vurğulayıb.
19:18 26.01.2026
Oxunuş sayı: 427