İraqlı diplomat: İrana hücum olarsa, biz qeyd-şərtsiz Tehranın yanında olacağıq
İraqın sabiq baş naziri Nuri əl-Maliki bəyan edib ki, İrana qarşı istənilən hərbi hücum halında İraq tərəddüdsüz Tehranın yanında yer alacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbrə verir.
Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, İraq öz hava məkanını ABŞ və İsrailə məxsus hərbi qırıcılar üçün tam şəkildə bağlayacaq.
Al-Maliki vurğulayıb ki, Bağdad regionda gərginliyin daha da artmasının əleyhinədir, lakin İrana qarşı yönələn istənilən hərbi addım İraq tərəfindən qəbul edilməyəcək. Onun açıqlaması Yaxın Şərqdə artan gərginlik fonunda səsləndirilib.
18:58 26.01.2026
Oxunuş sayı: 519