KİV: Şərqi Avropadakı müharibənin yaxın vaxtda bitə biləcəyin dair ümidlər məhduddur
Avropa diplomatları Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə həll prosesinin uzun çəkə biləcəyi üçün ABŞ‑nin bundan bezə biləcəyindən narahatdır.
Crossmedia.az bu barədə Böyük Britaniyanın" Financial Times" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Abu‑Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar göstərib ki, Vaşinqton münaqişədə tərəf tutmayan vasitəçi rolunu daha da möhkəmləndirə bilər. Eyni zamanda, Avropa rəsmiləri ABŞ administrasiyasının indiki mərhələdə Ukrayna ilə münasibətlərdə balansı qoruduğunu, lakin daxili və xarici problemlər fonunda sülh prosesinə fokusdan yayına biləcəyindən ehtiyat etdiklərini bildiriblər.
Məqalədə vurğulanır ki, Avropa və ABŞ arasında əməkdaşlıq Ukraynanın işğala məruz qalan ərazilərində münaqişənin həllinə yardım etmək üçün əhəmiyyətli rol oynaya bilər. Müharibənin yaxın vaxtlarda bitəcəyi ilə bağlı ümidlər məhduddur.
Bu narahatlıqlar xüsusilə Rusiya‑Ukrayna müharibəsinin dördüncü ildönümünə yaxın dövrdə gündəmə gəlib və sülh prosesinin nə qədər vaxt tələb edəcəyi hələlik aydın deyil.
Turqut Ansari
18:40 26.01.2026
Oxunuş sayı: 448