Vəzifəli şəxsə qarşı sui-qəsdə cəhd edildi
Filippində Mindano adansının bələdiyyə başçısı RPG-dən atılan qumbaranın zirehli Toyota Land Cruiser avtomobilinə birbaşa dəyməsinə baxmayaraq sağ qalıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 25 yanvar 2026-cı il səhər saatlarında məmurun bazardan qayıdarkən baş verib. Sui-qəsdçilər atəş açıb, onlardan biri avtomobili qumbaraatanla vurub. Zərbəyə baxmayaraq, nəqliyyat vasitəsi hərəkətini davam etdirib, bələdiyyə başçısı xəsarət almayıb.
Hücumda iştirak edən dörd nəfər zərərsizləşdirilib. Hadisənin motivləri və təşkilatçıları araşdırılır.
Hadisənin İŞİD-lə əlaqəli fəaliyyətlə bağlı olduğu bildirilir.
Turqut Ansari
18:36 26.01.2026
Oxunuş sayı: 512