İran rəsmisindən AÇIQLAMA
İranın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahram İrani ölkənin silahlı qüvvələrinin dövləti müdafiə etməyə tam hazır olduğunu bildirib.
Crossmedia.az məlumat verir ki, bu barədə Iran International paylaşım edib.
“Silahlı qüvvələr ölkənin müdafiəsi üçün tam döyüş hazırlığı vəziyyətindədir”, — deyə kontr-admiral vurğulayıb. O əlavə edib ki, mənəviyyat, bilik və hərbi güc arasındakı əlaqə İran sisteminin qələbə və davamlılığının əsas açarıdır.
Turqut Ansari
18:28 26.01.2026
Oxunuş sayı: 422