Saakaşvili Bakıdan gələn açıqlamadan təşvişə düşüb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Azərbaycanın Ermənistan üzərindən keçən tranzit marşrutu ilə bağlı açıqlamasına münasibət bildirib. O, bu bəyanatın Gürcüstanın 1990–2000-ci illərdə əldə etdiyi bütün nailiyyətləri “alt-üst etdiyini” deyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verirx Saakaşvilinin fikrincə, Gürcüstan hazırda son dərəcə ağır geosiyasi çıxılmaz vəziyyətə düşüb.
“Bu gün tranzit marşrutunun Gürcüstan üzərindən keçdiyini, sabah isə Ermənistan üzərindən keçəcəyini söyləmək, 90-cı və 2000-ci illərdə ölkə olaraq əldə etdiyimiz hər şeyi dağıdır. Gürcüstan çox ağır geosiyasi dalana dirənib. Bu vəziyyət yaxın zamanda ya müstəqil dövlət kimi ləğv olunmağımızla, ya da mafioz İvanişvilinin caynağından qurtularaq ölkənin inkişaf yolunu yenidən keçməyimizlə nəticələnəcək”, – deyə Saakaşvili “Facebook” hesabında yazıb.
Sevinc Yarməmmədova
18:24 26.01.2026
Oxunuş sayı: 499