Çin ordusunun ən yüksək rütbəli komandanlarından biri olan general-mayor Canqın ölkənin nüvə proqramına dair texniki məlumatları ABŞ-yə ötürdüyü iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatlara görə, Canq eyni zamanda Silahlanmanın İnkişafı İdarəsində rüşvət və nüfuz şəbəkəsi formalaşdırmaqda da şübhəli bilinir. İddialara əsasən, Çinin sabiq müdafiə naziri Li Şanqfunun bu vəzifəyə təyinatı da rüşvət müqabilində həyata keçirilib.
Araşdırma çərçivəsində Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi Liu Cinli də istintaqa cəlb olunub. Bildirilir ki, bir sıra yüksək rütbəli zabitlərin mobil telefonları müsadirə edilib.
Qeyd olunur ki, orgeneral Canq uzun illər Si Cinpinin ən yaxın hərbi fiqurlarından biri kimi tanınıb. Rəsmi Pekin yayılan iddialarla bağlı hələlik açıqlama verməyib.