İran müharibə planlayır
İran münaqişə istəmir, ancaq müharibə planı hazırlayır.
"Crossmedia.az" xəbər verir ki, 26 yanvar tarixində İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif hökumətin mümkün müharibə şəraiti üçün ölkənin idarə olunmasına dair plan hazırladığını açıqlayıb.
Arif İranın ən yaxşı 500 şirkətinin mükafatlandırılması konfransında çıxışı zamanı bildirib ki, hökumət 12 günlük müharibə ssenarisi üzrə iqtisadi planı təsdiqləyib və həmin dövrdə tam hazırlıqlı olub.
Onun sözlərinə görə, hazırda da müharibə şəraiti üçün iqtisadi və idarəetmə planı mövcuddur. Vitse-prezident vurğulayıb ki, Tehran münaqişə axtarmır və müharibə tərəfdarı deyil, ancaq ölkənin müdafiəsinə hazırdır.
“Ümid edirik ki, bu planın heç vaxt həyata keçirilməsinə ehtiyac olmaz. Biz müharibə başlatmaq istəmirik, ancaq özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik”, – deyə Arif qeyd edib.
17:45 26.01.2026
Oxunuş sayı: 470