Rus hərbi qüvvələri Suriyadan çəkilir
Rusiya hərbi qüvvələri Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından geri çəkilməyə başlayıb.
"Crossmedia.az" xəbər verir ki, hərbi texnika bazadan daşınmaq üçün nəqliyyat təyyarələrinə yüklənir. Əvvəllər Suriya hakimiyyətinin ölkənin şimalındakı obyektlərdən Rusiya qoşunlarının geri çəkilməsini istədiyi bildirilirdi. Qamışlı uzun müddətdir Rusiya tərəfindən regionda əsas mövcudluq nöqtəsi kimi istifadə olunurdu. Ruslar indi Hmeynim və Tartusda cəmlənir.
17:39 26.01.2026
Oxunuş sayı: 573