İran XİN təkzib etdi: "Bu sionist rejimin yalanlar silsiləsinin növbəti nümunəsidir"
İran XİN yenidən ABŞ ilə danışıqları təkzib etdi.
"Crossmedia.az" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəzi media orqanlarında yayılan “Əraqçının Uitkofa mesaj göndərməsi” ilə bağlı xəbərlərə münasibət bildirib.
Bəqayi deyib ki, İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof arasında hər hansı mesajlaşma ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, bu xəbərlər “tamamilə yalandır”.
Sözügedən məlumatları “sionist rejimin yalanlar silsiləsinin növbəti nümunəsi” adlandıran XİN rəsmisi bildirib ki, bu mənbələr diplomatiyaya düşmən mövqe nümayiş etdirir və davamlı olaraq saxta məlumatlar tirajlayır.
17:28 26.01.2026
Oxunuş sayı: 510