Husilər XƏBƏRDARLIQ ETDİ: ABŞ İrana zərbə endirərsə...
Yəməndə fəaliyyət göstərən Ənsar Allah (husilər) hərəkatı ABŞ-nin İrana qarşı hərbi zərbə endirəcəyi təqdirdə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmilərə hücumların yenidən başlayacağı barədə xəbərdarlıq edib.
Crossmedia.az-ın xarici mediaya isitinadən verdiyi xəbərə görə, bu barədə təşkilat tərəfindən yayımlanan video müraciətdə bildirilib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlaması halında husilər ABŞ-yə məxsus hərbi gəmiləri və kommersiya daşımalarını hədəfə alacaqlar.
Bəyanatda qeyd olunub: “ABŞ İrana hücum edərsə, Qırmızı dənizdəki Amerika donanması və gəmiləri legitim hədəfə çevriləcək”.
Husilərin açıqlaması regionda gərginliyin artdığı bir vaxtda səsləndirilib və Qırmızı dənizdə beynəlxalq dəniz nəqliyyatı üçün risklərin yenidən yüksələ biləcəyi barədə narahatlıqları artırıb.
17:05 26.01.2026
Oxunuş sayı: 515