Suriyada İŞİD silahlılarının sayı artır
İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatri bildirib ki, Suriyada İŞİD silahlılarının sayı artır.
“Crossmedia.az” xəbər verir ki, bu barədə "The Washington Post" yazır.
Onun sözlərinə görə, son bir il ərzində Suriyada İŞİD üzvlərinin sayı 2 mindən 10 minə yüksəlib.
“Bu, şübhəsiz ki, İraq üçün təhlükə yaradır. Çünki İŞİD istər Suriyada, istər İraqda, istərsə də dünyanın istənilən nöqtəsində olsun, vahid bir təşkilatdır və heç şübhəsiz, yenidən terror aktları törətməyə cəhd göstərəcək” deyə əl-Şatri vurğulayıb.
Bundan əvvəl Yaxın Şərq mövzusunda ixtisaslaşan Telegram kanalları məlumat vermişdi ki, yanvar ayında keçid hökumətinin qoşunları Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı apardıqları əməliyyat zamanı SDQ-nin mövqelərini və kürdlərin nəzarətində olan yaşayış məntəqələrini ələ keçirərkən düşərgə və həbsxanalardan məhbusları, o cümlədən İŞİD üzvlərini və onların ailələrini — minlərlə nəfəriazad ediblər.
16:33 26.01.2026
Oxunuş sayı: 458