Ermənistan Respublikasının İstintaq Komitəsi həbsdə olan rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narkea Karapetyana qarşı cinayət işi başladıb.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, cinayət işi sənəd saxtakarlığı və ya digər saxta üsullarla məcburi hərbi xidmətdən yayınma ehtimalı ilə bağlıdır.
Hazırda istintaq hərəkətləri davam etdirilir. Rəsmi qurumlar işin detalları ilə bağlı əlavə məlumat yaymayıb.