İranda hava məkanı ilə bağlı təcili qərar: Uçuşlar DAYANDIRILDI
İranın mülki aviasiya qurumları ölkə ərazisində VFR (Visual Flight Rules) qaydaları ilə həyata keçirilən bütün uçuşların 25 aprel tarixinədək dayandırıldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı rəsmi NOTAM (uçuşlara dair bildiriş) yayımlanıb.
Qərara əsasən, əsasən aşağı hündürlüklərdə fəaliyyət göstərən özəl və təlim təyyarələrinin uçuşları müvəqqəti olaraq məhdudlaşdırılıb. VFR rejimi pilotun uçuşu əsasən vizual müşahidə əsasında idarə etməsini nəzərdə tutur.
Rəsmi məlumatda bildirilib ki, tətbiq olunan məhdudiyyətlər müntəzəm kommersiya reyslərinə şamil edilmir. Belə ki, sərnişin təyyarələrinin əksəriyyəti IFR (Instrument Flight Rules) — cihaz uçuş qaydaları çərçivəsində fəaliyyət göstərir. IFR rejimində uçuşlar naviqasiya və uçuş cihazlarına əsaslanır və adətən daha yüksək hündürlüklərdə icra olunur.
Qeyd edilib ki, qərar uçuş təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
16:07 26.01.2026
Oxunuş sayı: 467