İtaliyanın baş naziri: Dostum sən uduzursan
İtaliyanın baş nazirinin müavini Matteo Salvini bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibəni uduzub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, baş nazir Zelenskini təcili sülh sazişi imzalamağa çağırıb.
“Zelenski aldığı bütün pullardan, göstərilən səylərdən və yardımdan sonra hələ də şikayət etməyə cəsarət edir. Dostum, sən müharibəni uduzursan, insanları itirirsən, etimadı və ləyaqəti itirirsən. Sülh razılaşmasını mümkün qədər tez imzala”, — deyə Salvini bildirib.
Ceyran Ismayılzadə
14:45 26.01.2026
Oxunuş sayı: 540