İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Hindistanın aşağı büdcəli aviaşirkəti IndiGo 2026-cı il yanvarın 28-dək Bakı (Azərbaycan), Tbilisi (Gürcüstan), Almatı (Qazaxıstan), eləcə də Daşkənd (Özbəkistan) istiqamətində uçuşları müvəqqəti olaraq dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri yazıb.
Qərar sərnişinlərin və ekipajların təhlükəsizliyini təmin etmək məqsədilə ehtiyat tədbiri kimi qəbul edilib. Bildirilir ki, sözügedən marşrutlar risklərin davam etdiyi İrana yaxın hava məkanı üzərindən keçdiyi üçün uçuşlar təxirə salınıb.
Aviaşirkət vəziyyətin inkişafını izlədiyini və təhlükəsizlik şəraiti yaxşılaşacağı təqdirdə reyslərin bərpa edilə biləcəyini bildirib.