İrana qarşı əməliyyat ssenarisi sızdı
İrana mümkün hərbi müdaxilə qısa müddətli və məhdud xarakter daşıyacaq, əməliyyatların bir həftədən çox davam etməyəcəyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, hədəf alınacaq şəxslər arasında yüksək vəzifəli dövlət məmurları, İnqilab Keşikçilərinin üzvləri, eləcə də yerli Bəsic milis qüvvələrinin döyüşçüləri yer alacaq.
Bundan başqa, İranın raket buraxılış məntəqələrinin də hədəfə alınacağı qeyd olunur. Xüsusilə İsfahanda yerləşən raket mərkəzləri və buraxılış obyektlərinin əsas hədəflər sırasında olduğu bildirilir.
Qeyd edilir ki, əməliyyatın məqsədi İranın hərbi potensialının müəyyən elementlərini zəiflətməkdir. Rəsmi qurumlar tərəfindən məlumat hələlik təsdiqlənməyib.
14:26 26.01.2026
Oxunuş sayı: 447