Lukaşenko: Müasir artilleriyaya xüsusi diqqət yetirilir
Dövlət başçısının ənənəvi silahlar — tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar və adi əsgər olmadan müasir dövrdə keçinmək mümkün deyil.
Crossmedia.az bu barədə BelTA agentliyinə istinadən xəbər verir.
Lukaşenko qeyd edib ki, bu səbəbdən 152 millimetrlik mərmilər və “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə təchiz olunan ənənəvi artilleriyanın inkişafına ciddi önəm verir.
“‘Qrad’ın nə olduğunu bilirsiniz? Bu, 40 lüləli qurğudur. Biz onu özümüz istehsal edirik və sursatını da özümüz hazırlayırıq. Bu silahlar olmadan bu gün Xüsusi Hərbi Əməliyyat zonasında da çox çətindir — bunu dəqiq bilirəm”, — deyə Lukaşenko gələcək peşələr üzrə istedadlı gənclərin hazırlanması üçün təhsil mərkəzinin yaradılmasına dair müşavirədə bildirib.
Bu kontekstdə Belarus Prezidenti vurğulayıb ki, ölkədə istehsalı yaxşı mənimsənilmiş sahələrdən imtina etmək olmaz. “Bizim məktəblərimiz var. Traktorqayırma, avtomobilqayırma, kombayn istehsalı və bir çox başqa sahələr. Biz çox şeyi bacarırıq və bu məhsullara dünyada hər zaman tələbat var. Bundan imtina etmək niyyətində deyilik”, — deyə o əlavə edib.
Ceyran İsmayılzadə
14:13 26.01.2026
Oxunuş sayı: 403