Rəfah keçidi açılır? İsrail Qəzza sərhədində kritik qərar verdi
İsrail hakimiyyəti son israilli məhbus Ran Qvilinin cəsədinin axtarışı başa çatdıqdan sonra Qəzza zolağının Misirlə sərhədindəki Rəfah keçidini qismən açmaq niyyətində olduqlarını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dəqiq açılış tarixi açıqlanmayıb.
Baş nazirlikdən bildirilib ki, keçid yalnız piyadalar üçün açıq olacaq və İsrail ordusunun tam nəzarəti altında olacaq. Qərar ABŞ ilə razılaşdırılaraq qəbul edilib.
Mətbuatın yazdığına görə, Rəfah həftənin sonuna kimi açıla bilər. Bundan əvvəl ABŞ-nin Tel-Əvivə keçidin açılması üçün təzyiq etdiyi bildirilirdi.
13:49 26.01.2026
Oxunuş sayı: 491