ABŞ-da təsadüfən hərbi bazaya daxil olan iki rusiyalı qadın həbs edilib
ABŞ-də iki rusiyalı qadın yaxınlıqdakı McDonald’s restoranını axtararkən səhvən hərbi bazaya daxil olduqları üçün həbs edilib.
Crossmedia.az Rusiya KİV-inə əsasən məlumat verir ki, Samara şəhərindən olan Kristina və Nataşa ABŞ-də avtomobillə səyahət edirdilər. San-Dieqoya gedərkən naviqatorun təklif etdiyi marşrut üzrə yolun kənarına çıxdılar və nəticədə ABŞ Dəniz Piyadalarının Camp Pendleton bazasına daxil oldular, burada isə həbs olundular.
Turqut Ansari
11:48 26.01.2026
Oxunuş sayı: 576