Rəştdə onlarla etirazçı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib
Rəştdə onlarla etirazçı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti “X” hesabında paylaşım edib.
Paylaşımda İranda baş verən ağır hadisə ilə bağlı şahid ifadələri verilib.
“Şahidlərin The Post qəzetinə verdiyi məlumata görə, bu ayın əvvəlində ölkə miqyasında baş verən etiraz zamanı Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərində baş verən güclü yanğından qaçmağa çalışan onlarla nümayişçi İranın təhlükəsizlik qüvvələri tərəfindən güllələnib”, - deyə, paylaşımda bildirilib.
Etirazçılar yanğın təhlükəsindən xilas olmağa çalışdıqları anda təhlükəsizlik qüvvələrinin atəşi ilə hədəfə alınıblar.
11:22 26.01.2026
Oxunuş sayı: 510