MKİ-nin keçmiş əməkdaşı: İran növbəti müharibəyə hazırdır
İran növbəti müharibəyə hazırdır.
Crossmedia.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson özünün "X" hesabında iddia edir ki, İrandakı son etiraz dalğası "İran iqtisadiyyatını çökdürmək, etirazları qızışdırmaq və müharibəyə hazırlıq məqsədi daşıyan tammiqyaslı Mərkəzi Kəşfiyyat İdarəsi-Mossad-MIB əməliyyatı" idi.
O qeyd edir ki, rejim süqut etməyib, lakin ABŞ və İsrail onu hərbi yolla məhv etmək əzmindədirlər.
Onun sözlərinə görə, 12 günlük müharibədən fərqli olaraq, bu dəfə İran tək deyil.
Rusiya və Çin Tehranı dəstəkləyir və əgər Tramp zərbə endirmək əmri verərsə, Larri xəbərdarlıq edir ki, bu, İraq kimi olmayacaq: daha qanlı, daha böyük və daha qlobal olacaq.
09:36 26.01.2026
Oxunuş sayı: 583