ABŞ və İsrail Trampın Qəzza planını müzakirə edib
ABŞ nümayəndələri İsrailin Baş naziri Binyamin Netanyahu ilə Amerika Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı Sülh Planının ikinci mərhələsinin həyata keçirilməsini müzakirə edib və növbəti addımları razılaşdırıblar.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Stiven Uitkoff qeyd edib ki, yanvarın 24-də keçirilən məsləhətləşmələrdə onunla yanaşı, Amerika lideri Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner, Ağ Evin baş müşaviri Coş Qruenbaum və sahibkar Arye Laytstoun da iştirak ediblər.
"Müzakirələrdə əsas diqqət ABŞ və İsrailin sıx əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi Prezident Trampın Qəzza ilə bağlı 20 maddəlik Sülh Planının ikinci fazasının gələcək irəliləyişinə və planların həyata keçirilməsinə, həmçinin daha geniş regional məsələlərə yönəldilib", - Uitkoff qeyd edib.
"ABŞ və İsrail sıx əməkdaşlığa və ortaq prioritetlərə əsaslanan möhkəm və uzunmüddətli əlaqələri dəstəkləyirlər", - o əlavə edib. Onun sözlərinə görə, müzakirələr konstruktiv və pozitiv ruhda aparılıb, tərəflər gələcək addımları razılaşdırıb və tərəflər region üçün vacib olan bütün məsələlərdə gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.
23:37 25.01.2026
Oxunuş sayı: 396