ABŞ-ın Arktikadakı su yollarına nəzarətinin strateji baxımdan vacib olduğunu bildirən ABŞ maliyyə naziri Skott Bessent deyib ki, ABŞ prezidentləri son 150 ildə Qrenlandiyaya diqqət ayırır.
Bessent bildirib ki, Arktikadakı vəziyyət və gəmiçilik sürətlə dəyişir və ABŞ bu dəyişiklikləri strateji cəhətdən idarə etməlidir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, Çin ticarət gəmisinin oktyabr ayında ilk dəfə Arktika vasitəsilə Böyük Britaniyaya gəldiyini xatırladaraq, bu marşrutun səyahət müddətlərini azaltdığını vurğulayıb.
Bessentin sözlərinə görə, Arktika dəyişir və ABŞ-ın bu regionu strateji baxımdan idarə etməsi vacibdir.