İran və Türkiyə arasında azad iqtisadi zonanın yaradılması müzakirə olunur
İran Türkiyə ilə birgə azad iqtisadi zonanın yaradılması üzrə danışıqlar aparmağı planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Azad Ticarət–Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurası məlumat yayıb. Bildirilib ki, yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin iclasında sözügedən Şuraya İran və Türkiyə arasında azad iqtisadi zonanın yaradılması ilə bağlı razılaşma üzrə danışıqlar aparmaq üçün səlahiyyət verilib.
Məlumata görə, bu təşəbbüs iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına, tranzit prosedurlarının sadələşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və sərhəd bölgələrinin inkişafına xidmət edəcək.
Sevinc Yarməmmədova
22:32 25.01.2026
Oxunuş sayı: 364