Ukrayna Fransadan yeni zərbə dronları alıb
Ukrayna Fransa istehsalı olan "Rodeur 330" hücum pilotsuz uçuş aparatlarını (PUA) əldə edib.
Crossmedia.az bu barədə "France 24"ə istinadən xəbər verir.
Dronlar Fransanın "EOS Technologie" şirkəti tərəfindən Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Məlumata əsasən, "Rodeur 330" PUA-ları həm kəşfiyyat, həm də kamikadze tipli zərbə əməliyyatları üçün nəzərdə tutulub. Dronlar katapult üsulu ilə buraxılır, 5 saata qədər havada qala bilir, 4 kq-a qədər faydalı yük daşıyır və 500 km-ə qədər məsafədə fəaliyyət göstərmək imkanına malikdir.
"EOS Technologie" şirkəti bildirib ki, bu dronların Ukraynaya verilməsi onların real döyüş şəraitində sınaqdan keçirilməsinə şərait yaradır. Şirkət əldə olunacaq nəticələrin texnologiyanın təkmilləşdirilməsi baxımından mühüm olacağını vurğulayıb.
Qeyd edək ki, Fransa son dövrlər Ukraynaya hərbi-texniki dəstəyini artırmaqda davam edir.
21:30 25.01.2026
Oxunuş sayı: 433