Qumbara partlayışı: iki nəfər ölüb, bir nəfər yaralanıb
Ermənistanın Gorus şəhərində qumbara partlayışı nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir. Hazırda hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.
Məlumata görə, partlayış nəticəsində Gorus şəhər meri Aruş Aruşanyanın sürücüsü və onun uzaq qohumu həlak olub. Hadisə zamanı "Dağlıq Qarabağ"dan (red: belə inzibati ərazi vahidi artıq mövcud deyil) köç etmiş gənc bir oğlan isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sevinc Yarməmmədova
21:13 25.01.2026
Oxunuş sayı: 411