Zelenski: Lukaşenkonun itinə Belarus xalqından çox hüquq verilib
“Təəssüf ki, Lukaşenkonun ağ şpitsinə Belarus xalqından daha çox hüquq verilib. 2020-ci ildə bunu dəyişdirmək üçün bir şans var idi və əminəm ki, başqa bir şans da olacaq”.

Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun iti Umka sosial mediada mem qəhrəmanına çevrilib. İctimaiyyət bu fenomeni diktatorun imicini yumşaltmaq cəhdi kimi qiymətləndirir və onu nümayişkaranə “insanpərvərlik” elementi olaraq qəbul edir.
20:43 25.01.2026
Oxunuş sayı: 460