Almaniya NATO müdafiəsinin əsas qovşaq nöqtəsinə çevrilir
Almaniya NATO-nun Avropadakı müdafiə sistemində əsas rol almağa başlayır.
Crossmedia.az Almaniyanın Bild qəzetinin yazdığına istinadən xəbər verir ki, ölkə Alyansın ən böyük hərbi təlimləri çərçivəsində əsas logistika və koordinasiya mərkəzinə çevrilir.
Məlumata əsasən, NATO qüvvələrinin Avropa daxilində sürətli köçürülməsi və birgə əməliyyatların təşkili üçün Almaniya əsas tranzit və idarəetmə nöqtəsi kimi nəzərdə tutulub. Təlimlərdə on minlərlə hərbçi və yüzlərlə hərbi texnika iştirak edir.
Qeyd olunur ki, bu addım NATO-nun Avropada təhlükəsizlik tədbirlərini gücləndirmək və kollektiv müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.
20:13 25.01.2026
Oxunuş sayı: 534